"Liverpul" və "Barselona" növbəti mərhələnin bir addımlığında - YENİLƏNİB

00:38 5 Aprel 2018

Bu gün keçiriləcək iki oyunla 1/4 final mərhələsinin ilk matçlarına yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, "Barselona" evdə "Roma" ilə qarşılaşıb. İspaniya təmsilçisi 4:1 hesablı qələbə qazanıb. Günün digər oyununda isə İngiltərə derbisi baş tutub. "Mançester Siti" "Liverpul"un qonağı olub. Ev sahibləri 3:0 hesablı qələbə ilə hamını təəccüblənirib.

 

Çempionlar Liqası: 1/4 final, İlk oyunlar

4 aprel

22:45 Liverpul (İngiltərə) - Mançester Siti (İngiltərə) 3:0

Qol: Məhəmməd Salah, 12. Aleks Oksleyd-Çemberleyn, 21. Sadio Mane, 31.
Baş hakim: Feliks Brix (Almaniya)
Yer: Liverpul. “Enfild” stadionu

 

22:45 Barselona (İspaniya) - Roma (İtaliya) 4:1

Qol: Daniele De Rossi, 38-ö/q. Kostas Manolas, 55-ö/q. Jerar Pike, 59. Luis Suares, 87 - Edin Dzeko, 80.
Baş hakim: Danni Makkeli (Hollandiya)

 

3 aprel

22:45 Sevilya (İspaniya) - Bavariya (Almaniya) 1:2
Qol: Pablo Sarabia, 32 - Xesus Navas, 37-avtoqol. Tyaqo Alkantara, 68.

 

22:45 Yuventus (İtaliya) - Real (İspaniya) 0:3

Qol: Kristiano Ronaldo, 3; 64. Marselo, 72


Xəbər xətti