Zidan: "Mənim vurduğum qol daha gözəl idi"

16:22 4 Aprel 2018

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində səfərdə ":uventus"a 3:0 hesabıyla qalib gələn "Real"ın baş məşqçisi Zinəddin Zidan açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, fransız mütəxəssis möhtəşəm performans sərgilədiklərini deyib:

 

"Yuventus"a meydanında 3 qol vurmaq asan deyil. Möhtəşəm performans sərgilədik. Bir müddət təzyiq altında qaldıq və rəqibə qol epizodları verdik. Ancaq biz daha yaxşı çıxış etdik".

 

Mütəxəssis oyunda iki qola imza atan Kriştiano Ronaldo barədə bunları söyləyib:

 

"Ronaldo çox fərqlidir. Hər mövsüm Çempionlar Liqasında yüksək səviyyəli işlər görməyi arzu edir. Vurduğu qol möhtəşəm idi. Ancaq daha iki real qol şansını da qaçırdı. Futbol belə bir oyundur".

 

"Sizin "Bayer"ə vurduğunuz qol gözəldi, yoxsa Ronaldonun "Yuventus"a" sualına isə Zidan belə cavab verib:

 

"Mənim vurduğum qol daha gözəl idi. Əminliklə söyləyirəm!"


Digər xəbərlər

Xəbər xətti