U-16 Liqası: "Qırğın" gedir...

18:14 6 Aprel 2018

5-də U-16 Liqasında 26-cı turun oyunları keçirildi. Tur daha çox gözlənizməz nəticələrlə yadda qaldı. Medallar uğrunda mübarizə aparan «Vətən» və «Neftçi»nin ev məğlubiyyəti, «Kəpəz» və «Zirə»nin heç-heçəsi… «Neftçi» - «Keşlə» və «Turan» - «Zirə» oyunlarında qeydə alınan nəticələri sensasiyadan bir qədər uzaq saymaq olar. Çünki «Keşlə»nin son turlar inamlı çıxışı, «Turan»ın isə evdə istənilən rəqibi öüdrətmək gücündə olması dediyimizə sübutdur. Amma «Vətən» və «Kəpəz»in qalib gələ bilməməsi əsl sesasiyadır.

 

26-cı turdan sonra turnir cədvəlinə nəzər salsaq, 2-5-ci yerdə qərarlaşan komandaların eyni – 41 xala sahib olduğunu görərik. «Kvartet»dən yalnız «Keşlə» digər rəqiblərindən 1 oyun artıq keçirib. 4 komandadan öz aralarında keçirdiyi oyunlarda ən yaxşı nəticə «Vətən»dədir və «məktəblilər» məğlubiyyətə rəğmən 1 pillə yüksələrək 2-ci pillədə qərarlaşıblar. Bu tura kimi 2-ci yerdə olan «Neftçi» isə 5-ci yerə yuvarlanıb. Sözügedən komandalarla yanaşı 6-cı yerdəki «Sumqayıt»ın 38 xal topladığını da nəzərə alsaq, son 7 turda medallar uğrunda gərgin mübarizənin gedəcəyini söyləmək olar.

 

26-cı tur:

Vətən» - «Neftçi» İK İB 2:3

«Neftçi» - «Keşlə» 0:1

«Turan» - «Zirə» 2:2

«Kəpəz» - «Səbail» 0:0

«Qarabağ» - «Sumqayıt» 1:3

 

U-16 Liqasında növbəti turun oyunları aprelin 12-də keçiriləcək: «Neftçi» İK İB –«Neftçi», «Sumqayıt» - «Vətən», «Səbail» - «Qarabağ», «Zirə» - «Kəpəz», «Qəbələ» - «Turan». Oyunların başlama saatı və yeri haqqında əlavə məlumat verəcəyik.

 

«Het-trik news» qəzetinin layihəsi


Digər xəbərlər

Xəbər xətti