"Qəbələ" "Neftçi"yə uduzarsa, nələr baş verəcək? - ÖZƏL

11:30 17 Aprel 2018

"Qəbələ" sabah - aprelin 18-də Azərbaycan kubokunun 1/2 final mərhələsi çərçivəsində "Neftçi"nin qonağı olacaq. İlk görüşdə doğma azarkeşləri önündə paytaxt klubuna məğlub olan "qırmızı-qaralar"ın düşərgəsində vəziyyət gərgindi.

 

Sportarena.az-ın əldə etdiyi məlumata görə, komandanın qış fasiləsindən sonra sərgilədiyi futbol və xüsusilə Qəbələdəki kubok oyunu klub rəhbərliyinin səbr kasasını daşırıb. Bu barədə futbolçulara və məşqçi heyətinə xəbərdarlıq edilib. "Neftçi" ilə cavab görüşündə lazımı nəticəni əldə edib finala vəsiqə qazanılmazsa, sərt addımların atılacağı barədə komandaya nəlumat verilib.

 

Əldə etdiyimiz məlumata görə, baş məşqçi Roman Qriqorçukun taleyi də məhz bu oyundan asılıdı. İllərdi titul arzusu ilə alışıb-yanan klub rəhbərliyi ukraynalı mütəxəssisə güzəşt etmək fikrində deyil. Yaşanılacaq hər hansı uğursuzluğa görə Qriqorçuk məsuliyyət daşıyacaq. Onun "Qəbələ"də qalıb-qalmayacağı məhz bu oyundan sonra məlum olacaq.

 

Mənbəmizin iddiasına görə, "Qəbələ"lə rəhbərliyi ukraynalı mütəxəssislə yolları ayıracağı təqdirdə yeli məşqçilər arasından seçim edəcək.

 

Qriqorçukun taleyi "Neftçi" ilə oyundan asılı olsa da, bəzi futbolçular klub rəhbərliyinin "qara siyahı"sına düşüb. Xüsusilə legionerlər onlardan gözlənilən ümidləri doğrultmayıb. Filip Ozobiçdən başqa bütün legionerlərin yay transfer pəncərəsində komandadan göndərilmə ehtimalı yüksəkdir.

 

Legionerldən birinin - "Qəbələ"də icarə əsasında çıxış edən Famusso Konenin klubu "Göztəpə"nin düşərgəsinə geri qayıdacağı artıq dəqiqləşib.


Xəbər xətti