Poqba Mourinyonun "qara siyahı"sında

16:39 17 Aprel 2018

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo bir neçə futbolçunu komandadan göndərmək niyyətindədir.

 

Sportarena.az "Daily Mail"ə istinadən xəbər verir ki, təcrübəli mütəxəssisin "qara siyahı"sında olan bəzi futbolçuların adı açıqlanıb. Belə ki, həmin siyahıda Poul Poqba, Antoni Martial, Mateo Darmian və Daley Blayndın adı var.

 

Bu futbolçuların arasında Poqbanın komandadan ayrılma faizi daha yüksəkdir.  25 yaşlı fransız futbolçunun bu yay "Mançester Yunayted"dən gedəcəyi gözlənilir.


Digər xəbərlər

Xəbər xətti