Bu gün Azərbaycan Premyer Liqasında 24-cü tura start veriləcək.
Sportarena.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Bir neçə gün öncə ölkə kubokunun finalına vəsiqə qazanan "Keşlə" qış fasiləsindən sonra qələbə sevinci yaşamayan "Zirə"ni qəbul edəcək.
Tura sabah keçiriləcək 3 oyunla yekun vurulacaq.
Topaz Premyer Liqası, 24-cü tur
21 aprel
16:00 Keşlə - Zirə 2:1
Qol: Andre Klenonnan, 49. Vaqif Cavadov. 69. - Milan Duriç, 26.
Hakimlər: Orxan Məmmədov, İsgəndər Əliyev, Cavanşir Yusifov, Rəşad Əhmədov
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Bakı. “İnter Arena"
22 aprel
17:00 Səbail - Kəpəz
Hakimlər: Ramil Diniyev, Elşən Acalov, Vüsal Qənbərov, Vüqar Həsənli
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Fazil Mürşüdov
Bakı. “Bayıl Arena”
19:00 Neftçi - Qəbələ
Hakimlər: İnqilab Məmmədov, Rza Məmmədov, Vaqif Musayev, Əliyar Ağayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı. 8-ci km stadionu
19:00 Sumqayıt - Qarabağ
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Şahin Cəfərov
Sumqayıt. Şəhər stadionu