İFF-dən İbrahimoviç açıqlaması - Dünya çempionatına gedəcək?

18:39 26 Aprel 2018

İsveç Futbol Federasiyası (İFF) Zlatan İbrahimoviçin dünya çempionatında çıxış etməyəcəyini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı federasiyanın mətbuat xidməti yayıb. İsveç millisinin idman direktoru Lars Rixt İbranın milli komandadan ayrılma qərarında dəyişiklik olmadığını bildirib:

 

“Çərşənbə axşamı Zlatanla danışdım. Mənə milli komanda ilə bağlı qərarını dəyişmədiyini dedi. Yəni dünya çempionatında olmayacaq”.

 

İbrahimoviç bir müddətdi sosial mediada və mətbuata mundialla bağlı açıqlamaları ilə milliyə qayıdacağı haqda ictimaiyyətdə şübhə yaratmışdı. İsveç millisi tarixinin ən məhsuldar futbolçusu olan Zlatan, AÇ-2016-dan sonra yığma karyerasını bitirmək qərarı vermişdi.


Xəbər xətti