"Zirə" "Qarabağ"a qalib gəldi

20:34 30 Aprel 2018

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 25-ci tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə “Zirə” doğma meydanda “Qarabağ” üzərində inamlı qələbəyə sevinib. İkinci oyun günündə iki görüş baş tutub. “Neftçi” səfərdə “Keşlə”ni məğlub edib. “Qəbələ” isə “Kəpəz”lə ev oyununda vacib xallar itirib. Buna baxmayaraq, komanda liderliyini davam etdirib. Amma bu gün “Sumqayıt”la qarşılaşan “Səbail” bu oyunda qalib gəlsəydi, vahid liderə çevriləcəkdi. Lakin paytaxt təmsilçisi bu tapşırığın öhdəsindən gələ bilməyib - 1:1. 

 

Əvəzedicilərin çempionatı, 25-ci tur

28 aprel

Zirə - Qarabağ 2:0
Qol: Müşfiq İlyasov, 18. Milad Bayramov, 53.

 

29 aprel

Qəbələ - Kəpəz 0:0

 

Keşlə - Neftçi 0:2
Qol: Qədir Bayramov, 65; 78.

 

30 aprel

Sumqayıt - Səbail 1:1
Qol: Elvin Nəsibov, 75 - Asif Mirili, 66.


Xəbər xətti