ÇL-də möhtəşəm final: "Liverpul" - "Real" - YENİLƏNİB

00:40 3 May 2018

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk finalçı “Real” - “Bavariya” görüşündə bəlli olacaq. İlk oyunda 2:1 hesabıyla qalib gələn “kral klubu” “Santyaqo Bernabeu”dakı matça üstünlüklə çıxıb. Gərgin və maraqlı mübarizə şəraitində keçirilən görüşdə qalib müəyyənləşməyib - 2:2. Bu nəticə ilə "Real" finala vəsiqə qazanıb.

 

İkinci finalçının adına bu Romada aydınlıq gəlib. İlk matçda 5:2 hesabıyla qalib gələn “Liverpul” İtaliya paytaxtına böyük üstünlüklə yollanmışdı. "Qırmzılar" səfərdə məğlub olsalar da, finala vəsiqə qazana biliblər.

 

Çempionlar Liqası: 1/2 final, cavab oyunları

1 may

22:45 Real - Bavariya 2:2 (İlk oyun: 2:1)

Qollar: Benzema, 11; 46 - Kimmix, 3. Xames, 63.

Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Yer: Madrid. “Santyaqo Bernabeu” stadionu

 

2 may

22:45 Roma - Liverpul 4:2 (İlk oyun: 2:5)

Qollar: Milner, 15-ö/q. Dzeko, 52. Naynqolan, 86; 90+3-p - Mane, 9. Veynaldum, 26.
Baş hakim: Damir Skomina (Sloveniya)
Yer: Roma. “Olimpiko” stadionu


Digər xəbərlər

Xəbər xətti