Millimizin mövqeyi dəyişmədi - Reytinq sıralamada

12:31 1 May 2018

Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisi cədvəldə öz mövqeyini qoruyub saxlayıb. Hesabında 1440 xal olan yığmamız əvvəlki kimi 10-cu pillədə qərarlaşıb. Ukraynadan 42 xal geri qalan millimiz, Paraqvayı 37 xal üstələyir.

 

Siyahıya Braziliya millisi (1935) başçılıq edir. “Sambaçılar”ı İspaniya (1807) və Rusiya (1700) seçmələri izləyir.


Digər xəbərlər

Xəbər xətti