"Zirə" "Qarabağ"a qalib gəldi

12:43 1 May 2018

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 25-ci tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, son oyun günündə “Sumqayıt” "Səbail"i qəbul edib. Qonaqlar bu oyunda qalib gələrək vahid liderə çevrilə bilərdilər. Lakin paytaxt təmsilçisi bu tapşırığın öhdəsindən gələ bilməyib  Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. 

 

Əvəzedicilərin yarışında turnir cədvəlinə 46 xalla "Səbail" başçılıq edir. Eyni xala malik olan "Qəbələ" ikincidir.39 xalı olan "Zirə" üçüncüdür. "Sumqayıt" isə 30 xalla altıncı pillədə qərarlaşıb.

 

Əvəzedicilərin çempionatı, 25-ci tur

30 aprel

Sumqayıt - Səbail 1:1

Qollar: Elvin Nəsibov, 75 - Asif Mirili, 66.

 

28 aprel

Zirə - Qarabağ 2:0

Qollar: Müşfiq İlyasov, 18. Milad Bayramov, 53.

 

29 aprel

Qəbələ - Kəpəz 0:0

 

Keşlə - Neftçi 0:2

Qollar: Qədir Bayramov, 65; 78.


Digər xəbərlər

Xəbər xətti