AFFA "Xəzər"i Premyer Liqaya buraxdı? - Klubdan rəsmi açıqlama

13:02 2 May 2018

Futbol üzrə Azərbaycanın I Divizionunda çıxış edən "Xəzər"in gələn mövsüm Premyer Liqada çıxış edəcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə Sportlife.az saytı məlumat yayıb. Xəbərə görə, AFFA ilə klub rəhbərliyi arasında gözlənilən razılıq əldə olunub. Hətta ötən gün komandanın baş məşqçisi Elşad Əhmədov da şad xəbəri komanda üzvlərinə açıqlayaraq, onları təbrik edib. 

 

Məsələ ilə bağlı "Xəzər"in icracı direktoru Emin Abbasovla əlaqə saxladıq. Klub rəsmisi onda bu barədə məlumatın olmadığını bildirdi:

 

"Hazırda məndə bu barədə məlumat yoxdu. Bu məsələ ilə bağlı qərar AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra veriləcək. Dünən AFFA-nın baş katibi Elxan Məmmədov da bildiridi ki, mayın 15-ə qədər lisenziyalaşdırma ilə bağlı məsələlərə baxılacaq".


Digər xəbərlər

Xəbər xətti