"Liverpul"un hücum triosundan rekord nəticə

Sportarena.az      3 May 2018, 10:12

11 illik fasilədən sonra UEFA Çempionlar Liqasının finalına yüksələn İngiltərənin “Liverpul” klubunun hücum xətti öz məhsuldarlığı ilə bu turnirin tarixinə düşüb.

 

Sportarena.az xəbər verir ki, yarımfinalda “Roma”dan üstün olan və finalda Madrid “Real”ı ilə qarşılaşmaq hüququ qazanan “qırmızılar”ın hücum triosu - Roberto Firmino, Məhəmməd Salah və Sadio Mane yeni rekorda imza atıblar. Belə ki, İtaliya paytaxtında Manenin vurduğu qol bu trionun ÇL-də rəqib qapılarından keçirdiyi 29-cu top olub. Bu isə qitənin ən nüfuzlu klub turnirində yeni göstəricidi.

 

Bundan əvvəlki rekord ÇL-in 2013/14 mövsümündə “Real”ın üç hücumçusu - Kristiano Ronaldo-Qaret Beyl-Kərim Benzema triosuna aid idi. Onlar həmin mövsümdə birlikdə 28 qola imza atmışdılar.

 

Qeyd edək ki, Salahla Firmino bu mövsüm ÇL-də hərəyə 10 qol vurubsa, Mane 9 dəfə fərqlənib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin