"Liverpul"un futbolçusu: "İmkanım olsaydı, final ərəfəsində Ronaldonu öldürərdim

18:33 3 May 2018

"Liverpul"un müdafiəçisi Alberto Moreno komandasının Çempionlar Liqasında finala vəsiqə qazanması ilə bağlı fikirlərini bölüşüb.

 

Sporarena.az xəbər verir ki, ispaniyalı futbolçu maraqlı açıqlaması ilə diqqət çəkib:

 

"İmkanım olsaydı, final ərəfəsində Kriştiano Ronaldonu öldürərdim. Hisslərimi ifadə etməyə söz tapa bilmirəm. Finala vəsiqə bizim üçün inanılmaz nailiyyətdi. İndi kubok lap yaxındı. Yurgen Klopp çox sentimental insandı. Onun Çempionlar Liqası ilə xüsusi bağlılığı var. Salaha gəlincə, bizim üçün mövsüm boyu əhəmiyyətini itirməyən futbolçudu. Ümid edək ki, Salah daha bir parlaq oyun keçirəcək".

 

Qeyd edək ki, "Real" - "Liverpul" oyunu mayın 26-sı Kiyevin "Olimpiski" stadionunda baş tutacaq.


Xəbər xətti