"Qarabağ" "Neftçi"ni darmadağın etdi

20:55 7 May 2018

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 26-cı tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. “Kəpəz” doğma meydanda “Sumqayıt”la qarşılaşıb. Oyun qonaqların inamlı qələbəsi ilə başa çatıb.

 

İkinci oyun günündə meydana çıxan və şərikli lider olan “Səbail”lə “Qəbələ” də turu qələbə ilə başa vurub. “Səbail” doğma meydanda “Zirə”yə böyük hesabla qalib gəlib. “Qəbələ” isə evdə “Keşlə”ni minimal hesabla üstələyib.

 

Tura bu gün keçirilən "Qarabağ" - "Neftçi" oyunu ilə yekun vurulub. Qarşılaşma Ağdam təmsilçisinin böyük hesablı qələbəsi ilə nəticələnib - 5:1. 

 

Əvəzedicilərin çempionatı, 26-cı tur

5 may

Kəpəz - Sumqayıt 0:2
Qol: Elvin Nəsibov, 60; 74.

 

6 may

Qəbələ - Keşlə 1:0
Qol: Hacıağa Hacılı, 36.

 

Səbail - Zirə 3:0
Qol: Ürfan İsmayılov, 52. Xaliq İbrahimov, 56. Emil Həsənzadə, 60.

 

7 may

Qarabağ - Neftçi 5:1
Hakimlər: Qorxmaz Eldarov, Cahangir Yusifzadə, Əli Cəbrayılov, Nicat İsmayıllı
Bakı. T.Bəhramov adına Respublika Stadionu, 17:00


Xəbər xətti