"Liverpul"da itki - Finalda oynamayacaq

10:17 9 May 2018

İngiltərənin “Liverpul” klubu daha bir ciddi itki ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, komandanın gənc müdafiəçisi Co Qomes uzun müddətə sıradan çıxıb. Topuğundan əməliyyat olunan futbolçu buna görə komandasının UEFA Çempionlar Liqasının finalında “Real”la oyununu da buraxacaq.

 

İngiltərə yığmasının üzvü olan 20 yaşlı müdafiəçi nəinki bu mövsümün qalan hissəsində, hətta qarşıdakı dünya çempionatında da meydana çıxmayacaq.


Xəbər xətti