"Qalatasaray" "Marsel"in futbolçusuna təklif göndərdi

15:15 10 May 2018

Türkiyə Super Liqasında mövsümün sonuna 2 tur qalmış çempionluq uğrunda yarışda rəqiblərindən bir addım öndə olan "Qalatasaray"la bağlı Fransa mətbuatında iddia ortaya atılıb.

 

Spprtarena.az xəbər verir ki, "Marsel"də çıxış edən Rolandonun "Qalatasaray"ın hədəfində olduğu haqda məlumatlar yayılıb. "RM Sport"un xəbərinə görə, mövsümün sonunda müqaviləsi başa çatan və yeni saziş təklifi almayan futbolçunun komandadan ayrılacağı ehtimalı böyükdü. Portuqaliyalı müdafiəçiyə "Qalatasaray"in ilk təklifini göndərib.

 

2015-ci ildən "Marsel"də çıxış edən 32 yaşlı müdafiəçi bu mövsüm 45 oyunda meydana çıxıb.


Digər xəbərlər

Xəbər xətti