Neymar "Real"la danışıqlar aparır

18:02 10 May 2018

İspaniya mətbuatında PSJ-nin hücumçusu Neymarla bağlı yeni iddia yer alıb.

 

Sportarena.az xəbər verir ki, AS nəşri braziliyalı futbolçunun ötən ay “Real” rəsmiləri ilə iki dəfə görüşdüyünü yazıb. Xəbərdə Paris təmsilçisinin 26 yaşlı futbolçuya 260 milyon avro qiymət qoyduğu, “kral klubu”nun prezidenti Florentino Peresin isə bu yüksək məbləğə rəğmən, hücumçunun keçidini həll etməkdə qərarlı olduğu vurğulanıb.

 

Mart ayında “Marsel”lə matçda zədələnən Neymar, uzun müddət ölkəsində müalicə alırdı. O, ötən həftənin cümə günü Fransaya qayıdıb.


Digər xəbərlər

Xəbər xətti