"Beşiktaş" ulduz futbolçunu satır

18:10 16 May 2018

"Beşiktaş" Rikardo Kuarejmanı satmaq istəyir.

 

Sportarena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilir ki, Super Liqada çempionluq şansını itirən "qara qartal" xərclərini azaltmaq üçün futbolçu satışına başlayıb. İstanbul klubu uzun müddətdir ki, Çin klublarının diqqətində olan Kuarejma üçün təkliflərə açıq olduğunu bildirib. "Beşiktaş" futbolçu üçün 10 milyon avro tələb edir.

 

"Ağ-qaralar"ın başqa futbolçuları da satmaq fikrində olduğu bildirilir.


Digər xəbərlər

Xəbər xətti