Kubokun final matçının vaxtı açıqlandı

Sportarena.az      18 May 2018, 14:07

Futzal üzrə Azərbaycan kubokunun final oyununun vaxtı məlum olub.

 

Sportarena.az xəbər verir ki, həlledici görüş mayın 22-də keçiriləcək. Bakı İdman Sarayında keçiriləcək final görüşündə “Marafon Futsal”la “Uğur” FK üz-üzə gələcək. Oyunun start fiti saat 15:00-da səslənəcək.

 

Ölkə kubokunun yarımfinalında “Uğur” “Yasamal-2”-ni 15:0, “Marafon Futsal” isə “Hell Energy”ni 11:0 hesabı ilə məğlub edib.

 

Oyun “CBC Sport” telekanalında canlı yayımlanacaq. Qarşılaşma başa çatdıqdan sonra komandalara mükafatlar təqdim ediləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin