PFL əvəzediciləri mükafatlandırdı - VİDEO

23:30 19 May 2018

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 2017/18 mövsümünə yekun vuruldu.

 

Sportarena.az xəbər verir ki, bu gün baş tutan 28-ci turun sonuncu - “Səbail” - “Keşlə” görüşündən sonra mövsümün qalib və mükafatçılarına medallar təqdim olunub.

 

Bu münasibətlə Peşəkar Futbol Liqası tərəfindən “Bayıl Arena”da mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və qurumun baş direktoru Məlik Həsənov təqdim ediblər.

 

Qalib komandaya qızıl medallarla yanaşı, kubok da təqdim olunub.


Digər xəbərlər

Xəbər xətti