Birbaşa ÇL-in qrup mərhələsində iştirak edəcək 26 klub - SİYAHI

Sportarena.az      21 May 2018, 14:12

2018/19 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində birbaşa oynayacaq 26 komandanın hamısı bəlli olub.

 

Sportarena.az xəbər verir ki, son vəsiqəni dünən “Latsio”nu 3:2 hesabı ilə məğlub edərək A seriyasında 4-cü yeri təmin edən “İnter” qazanıb. Milan təmsilçisi 2011/12 mövsümündən sonra ilk dəfə qitənin ən ali klub yarışına qatalacaq.

 

Qeyd edək ki. qrupun digər 6 iştirakçısı təsnifat mərhələlərinin oyunlarından sonra müəyyənləşəcək. Həmin mərhələnin iştirakçıları arasında Azərbaycan çempionu “Qarabağ” da var. ÇL-in yeni formatına əsasən, Ağdam klubu bu dəfə mübarizəyə ikinci deyil, birinci təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin ilk oyunları 10-11 iyul, cavab matçları 17-18 iyulda keçiriləcək.

 

Qrup mərhələsinin oyunlarına isə 18-19 sentyabrda start veriləcək.

 

ÇL-in qrupunda birbaşa oynayacaq komandalar:

İspaniya: "Barselona", "Atletiko", "Real", "Valensiya"

Almaniya: "Bavariya", "Şalke-04", "Hoffenhaym", "Borussiya" (Dortmund)

İngiltərə: "Mançester Siti", "Mançester Yunayted", "Tottenhem", "Liverpul"

İtaliya: "Yuventus", "Napoli", "Roma", "İnter"

Fransa: PSJ, "Monako", "Lion"

Rusiya: "Lokomotiv", ÇSKA

Portuqaliya: "Portu"

Ukrayna: "Şaxtyor"

Belçika: "Brügge"

Turkiyə: "Qalatasaray"

Çexiya: "Viktoriya"

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin