"Milan" MY-nin futbolçusu ilə danışıqlar aparır

14:31 21 May 2018

"Milan”ın idman direktoru Massimiliano Mirabelli “Mançester Yunayted”in futbolçusu Maruan Fellaininin xidmətində maraqlı olduqlarını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə klub rəsmisi İtaliya mətbuatına açıqlamasında məlumat verib. O, belçikalı yarımmüdafiəçinin xidmətində maraqlı olduqlarını bildirib:

 

“Fellaini önəmli futbolçudu. “Mançester Yunayted”lə yeni müqavilə bağlamayacağını bilirik. Ancaq hələ ki, onunla razılığa gəldiyimizi deyə bilmərik”.

 

İngiltərə və İtaliya mətbuatında yer alan məlumata görə, “Milan” Belçika millisinin üzvünə mövsümə 6 milyon avro olmaqla, 3 illik müqavilə təklif edib.

 

30 yaşlı futbolçu cari mövsümdə şans qazandığı 23 matçda 5 qol vurub, 1 məhsular ötürmə verib.


Digər xəbərlər

Xəbər xətti