La Liqanın tarixində yeni klub

11:29 22 May 2018

İspaniya La Liqasına vəsiqə qazanan ilk klubun adına aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, Sequnda Liqanın 40-cı turunda səfərdə “Luqo”ya 2:0 hesabıyla qalib gələn “Hueska” klubu elitaya vəsiqə qazanıb. Mövsümün başa çatmasına iki tur qalmış bu komanda 75 xalla liderdi. Bu komandanın əsas izləyicisi “Rayo Valyekano” isə ikinci pillədədi. “Hueska” son iki turda uduzsa belə, ən azı ikinci yerdə qalacaq. Bu isə sözügedən komandanın La Liqaya vəsiqəni təmin etməsi anlamına gəlir.

 

Qeyd edək ki, “Hueska” tarixində ilk dəfə İspaniya çempionatının yüksək dəstəsində mübarizə aparmaq hüququ qazanır.


Xəbər xətti