Kiyevdə "Liverpul" azarkeşlərinə hücum - FOTOLAR

15:31 25 May 2018

 

Çempionlar Liqasının finalına "Real" - "Liverpul" görüşü öncəsi insident yaşanıb.

 

Sportarena.az xəbər verir ki, dünən gecə qarşılaşmanın keçiriləcəyi Kiyevdə restoranların birində maskalı şəxslərdən ibarət 20 nəfərlik qrup final görüşün izləməyə gələn "Liverpul" azarkeşlərinə hücum ediblər. Onlar “Liverpul” azarkeşlərinə stol, stul, qab-qacaq atmağa başlayıblar. Nəticədə ingilis azarkeşləri başdan və boğazdan ciddi xəsarət alıblar. Polis maskalı şəxslərdən birini saxlayıb.

 

Qeyd edək ki, "Real" - "Liverpul" görüşü sabah keçiriləcək.Qarşılaşma saat 22:45-də başlayacaq.





Digər xəbərlər

Xəbər xətti