Gimnastlarımız Avropa çempionatına yollanır

17:59 29 May 2018

Bədii gimnastika üzrə Azərbaycan yığması bu gün İspaniyanın Qvadalaxara şəhərinə yola düşüb.
 
Sportarena.az xəbər verir ki, iyunun 1-də burada Avropa çempionatı başlayacaq. Çempionatda Siyana Vasilyeva, Aliyə Paşayeva, Ayşən Bayramova, Diana Doman və Zeynəb Hümbətovadan ibarət qrup komandası çıxış edəcək. Senyorkalar arasında şəxsi birincilikdə Zöhrə Ağamirova və Veronika Qudis öz güclərini sınayacaqlar.
 
Yuniorkaların turnirində Arzu Cəlilova, Nərminə Səmədova və Yelizaveta Luzan çıxış edəcəklər.
 
Qeyd edək ki, AVRO-2018 gələn il Minskdə keçiriləcək Avropa oyunları üçün seçim turniridir. Çoxnövçülüyün yekunlarına görə, ilk səkkiz yeri tutan qrup komandaları və 12 ən yaxşı gimnast (bir ölkədən bir gimnast) Avropa oyunlarına vəsiqə alacaq.


Digər xəbərlər

Xəbər xətti