İtaliya Superkuboku harada keçiriləcək?

22:16 6 İyun 2018

“Yuventus” və “Milan” arasında keçiriləcək İtaliya Superkuboku uğrunda görüşün harda baş tutacağı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, qarşılaşma Səudiyyə Ərəbistanında keçiriləcək. 

 

Bu barədə məlumatı “Calciomercato” yayıb. Xəbərdə matçın gələn ilin yanvarında baş tutacağı vurğulanıb. İtaliya Futbol Federasiyası görüşün Səudiyyə Ərəbistabında keçirilməsinə görə 7 milyon avro qazanacaq ki, bu məbləğin də 45 faizi oyunun iştirakçılarına çatacaq.

 

Qarşılaşmanın keçiriləcəyi məkan və vaxtın yaxın günlərdə müəyyənləşəcəyi deyilir.


Digər xəbərlər

Xəbər xətti