Beyl "Bavariya"nın təklifi rədd etdi

17:19 10 İyun 2018

Madrid "Real"ının vingeri Qaret Beyl "Bavariya"dan aldığı təklifi rədd edib.

 

Sportarena.az xəbər verir ki, 28 yaşlı futbolçunun təklifi qəbul etməməsinin səbəbi məlum olub. Uelsli futbolçu "Real"dan yalnız Premyer Liqada oynaya biləcəyi halda ayrılacağını bildirib.

 

Qaret Beyli "Mançester Yunayted"lə "Tottenhem" də transfer etmək istəyir.

 

Uels millisinin üzvü başa çatan mövsümdə 39 oyuna 21 qol vurub. Beylin "kral klubu" ilə 2022-ci ilə qədər müqaviləsi var.


Xəbər xətti