Qrizmannın gələcək taleyi 1 həftə ərzində bilinəcək

17:38 10 İyun 2018

“Atletiko”nun hücumçusu Antuan Qrizmannın karyerasını hansı klubda davam etdirəcəyi yaxın bir həftə ərzində bilinəcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə fransız futbolçunun özü AS nəşrinə məlumat verib. 28 yaşlı forvardın sözlərinə görə, dünya çempionatının startına qədər hər şey məlum olacaq:

 

“Yaxşı ki, bununla maraqlanırsınız. Qarşıda hələ bir həftə var. Düşünürəm ki, dünya çempionatı başlayana kimi məsələyə aydınlıq gələcək”.


Qeyd edək ki, Qrizmannın “Barselona”ya keçməyə yaxın olduğu bildirilir.


Digər xəbərlər

Xəbər xətti