Ozan Can Kökcü: "Oynadıqca Azərbaycan millisinə yolum yenidən açıldı"

18:28 11 İyun 2018

“Futbolçu oynamayanda özünü pis hiss edir. Mövsümün birinci hissəsində “Bursaspor”da gözlədiyim şans verilmədi. Pol Le Quen gəncləri heç düşünmürdü. Ona görə də getdim”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Ozan Can Kökcü deyib. Müqavilə ilə “Bursaspor”a məxsus olan gənc futbolçu ötən mövsümün ikinci yarısını icarə əsasında Hollandiyanın “Valveyk” klubunda keçirmişdi. 19 yaşlı yarımmüdafiəçi bu il Superliqa təmsilçisində əsas heyət üzvünə çevrilməyi hədəfləyir:

 

“Təcrübə ehtiyatda oturaraq deyil, oynayaraq qazanılır. Mən tərəfdən mövsümün ikinci hissəsi gözəl keçdi. 14 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə etdim. Oynadıqca milli komandaya yolum yenidən açıldı. “Bursaspor” formasını geyinmək üçün səbirsizlənirəm. Çünki bu, hədəfləri olan böyük klubdur. Mənim də hədəflərim var. Yeni baş məşqçimiz Samet Aybaba da gənclərə önəm verən mütəxəssisdir. Getdiyi hər komandada iz qoyur. Bu, mənim kimi gənc futbolçular üçün böyük şansdır. Baş məşqçinin inamını qazanıb, “Bursaspor”da uzun illər oynamaq istəyirəm”.


Xəbər xətti