"Napoli" hücumçu ilə gücləndi

10:17 12 İyun 2018

“Napoli” heyətinə yeni oyunçu cəlb edib.

 

Sportarena.az xəbər verir ki, “Bolonya”nın hücumçusu Simone Verdi ilə 5 illik müqavilə imzalanıb.

 

İtaliya mətbuatı bu trasnferin Neapol təmsilçisinə 25 milyon avroya başa gəldiyini yazıb.

 

Qeyd edək ki, 25 yaşlı Verdi ötən mövsüm İtaliya A Seriyasında 34 oyuna 10 qol vurub, 10 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti