İspaniya millisi şokda - Baş məşqçi qovuldu

14:43 13 İyun 2018

İspaniya millisinin baş məşqçisi Xulen Lopeteqi istefaya göndərilib. 

 

Sportarena.az xəbər verir ki, bunu Krasnodarda keçirilən mətbuat konfransında İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales açıqlayıb. Federasiyanı belə qərar verməsinin səbəbi Lopeteqinin “Real”la anlaşması olub. 


Qeyd edək ki, ötən gün Lopeteqinin dünya çempionatının ardından “Real”ın yeni baş məşqçisi olacağı açıqlanmışdı. 

 

Əlavə edək ki, Xulen Lopeteqi 2016-cı ildən İspaniya millisini çalışdırır. O, ötən ay milli ilə yeni 2 illik müqavilə imzalayıb.


Digər xəbərlər

Xəbər xətti