Lopeteqi qovuldu, "Real"ın 2 milyonu büdcədə qaldı

18:31 13 İyun 2018

“Real” yeni baş məşqçisi Xulen Lopeteqiyə görə İspaniya Futbol Federasiyasına təzminat ödəməyəcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb. İddiaya görə, 51 yaşlı mütəxəssisin millidən istefaya göndərilməsi “kral klubu”nu 2 milyonluq təzminatdan xilas edib.

 

Qeyd edək ki, bu gün yığmadan qovulan Lopeteqini “Real”ın sabiq futbolçusu Fernando Yerro əvəzləyib.


Digər xəbərlər

Xəbər xətti