Qrizmann qərarını açıqladı

11:36 15 İyun 2018

Futbol üzrə Fransa yığmasının hücumçusu Antuan Qrizmann gələcək karyerası ilə bağlı qərarını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, bu yay Madridin “Atletiko” klubu ilə yollarını ayıracağı və daha çox “Barselona”ya transferi olunacağı bildirilən futbolçu artıq seçimini edib. O, sosial şəbəkə hesabında bunları qeyd edib: “Mənim fanatlarım, mənim komandam, mənim evim”. Bu sözlərilə 27 yaşlı futbolçu “Atletiko”da qalacağına işarə edib və “Barselona”ya gedəcəyi barədə ehtimalları heçə endirib.

 

O, telekanallardan birinə açıqlamasında da klubunu dəyişmək fikrində olmadığını bir kəlmə ilə bəyan edib: “Qalıram”.

 

Qeydedək ki, Qrizmann son olaraq “Atletiko” ilə 2022-ci ilədək müqavilə imzalayıb. Onun sərbəst qalması üçün isə transferini arzuladığı klublar 100 milyon avrosundan keçməlidi.


Digər xəbərlər

Xəbər xətti