"Real" Ukraynadan 19 yaşlı qapıçı transfer etdi

10:14 23 İyun 2018

İspaniya nəhəngi “Real” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, “Zarya”nın və Ukrayna yığmasının qapıçısı Andrey Lunin karyerasını Madrid klubunda davam etdirəcək. Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 19 yaşlı qapıçı “Real”la 6 illik müqaviləyə imza atıb.

 

“Real” Andreyə görə “Zarya”ya 14 milyon avro təzminat ödəyib.

 

Peşəkar karyerasına 2016-cı ildə “Dnepr”də başlayan “Zarya”da 2017-ci ildən çıxış edirdi. Lunin perspektivli qapıçı sayılır. Onunla “Liverpul”, “Napoli” və “İnter” də maraqlanırdı. Millidə 2 oyun keçirmiş Andrey Ukrayna yığmasında bu ilin martında Səudiyyə Ərəbistanı ilə oyunda (1:1) debüt edib.


Digər xəbərlər

Xəbər xətti