“Roma” Kluyvertin transferini açıqladı

12:14 23 İyun 2018

İtaliyanın “Roma” klubu Hollandiyanın “Ayaks” klubundan transfer etdiyi Castin Klyuvertlə rəsmi müqavilə imzalayıb.

 

Sportarena.az xəbər verir ki, paytaxt klubu artıq yeni transferini rəsmi saytı vasitəsilə də açıqlayıb. 19 yaşlı futbolçu “canavarlar”la 5 illik müqavilə imzalayıb.

 

“Roma” hollandiyalı hücumçu üçün “Ayaks”a 17 milyon 250 min avro təzminat ödəyib. Klyuvertin bu klubdakı "performans"ından asılı olaraq, italyanlar Hollandiya təmsilçisinə əlavə 1,5 milyon avro də ödəyə bilər.

 

Klyuvert qarşıdakı mövsümlərdə “Roma” tərəfindən başqa bir kluba 25 milyondan baha qiymətə satılsa, “Ayaks” həmin məbləğin də 10 faizini əldə edəcək. Amma Hollandiya klubunun qazancı 4 milyon avrodan çox olmayacaq.

 

Hollandiya yığmasının sabiq hücumçusu Patrik Klyuvertin oğlu olan Castin yetirməsi olduğu “Ayaks”ın heyətində meydana çıxdığı 56 oyunda 13 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti