"Roma" PSJ-nin futbolçusunu transfer etdi

Sportarena.az      27 İyun 2018, 11:22

İtaliyanın “Roma” klubu növbəti transferini rəsmiləşdirib.

 

Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi Fransa çempionu PSJ-dən yarımmüdafiəçi Xavyer Pastoreni heyətinə cəlb edib. Bu barədə “canavarlar”ın rəsmi saytı məlumat yayıb. Argentinal pleymeyker yeni klubu ilə 2023-cü ilin iyununa kimi müqavilə imzalayıb. 29 yaşlı futbolçunun transferi “Roma”ya 24,7 milyon avroya başa gəlib. Pastore “Roma”da 27 nömrəli forma ilə çıxış edəcək.

 

Qeyd edək ki, argentinalı futbolçu 2011-ci ildən PSJ-də çıxış edirdi. O, bu klubda meydana çıxdığı 184 oyunda 29 qola imza atıb. Pastore Paris təmsilçisinə 2009-2011-ci illər aralığında çıxış etdiyi İtaliyanın “Palermo” klubundan transfer edilmişdi. Bir sözlə, bu, onun İtaliyaya ikinci gəlişidi. Argentina yığmasında da 29 oyun keçirmiş futbolçu millidə 2 qola imza atıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin