“Beşiktaş”dan 2 transfer

11:38 28 İyun 2018

Türkiyənin “Beşiktaş” klubu heyətini iki yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi “Əskişəhərspor”dan Dorukhan Toközü, Almaniyanın “Bayer” klubundan isə Güven Yalçını transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Dorukhan Toköz ilə 3, Güven Yalçınla 4 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, hər iki futbolçu transfer edildikləri klubların yetirməsidi. Dorukhan müdafiəçi, Yalçın isə hücumçudu.


Xəbər xətti