"Yuventus" 40 milyona müdafiəçi aldı

12:36 28 İyun 2018

“Yuventus” müdafiə xəttini gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Turin təmsilçisi “Valensiya”dan portuqaliyalı sağ cinah müdafiəçisi Joau Kanselunu rənglərinə bağlayıb. 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb. “Yuventus” bu keçid üçün “yarasalar”a 40,4 milyon avro təzminat ödəyib.

 

Portuqaliya millisinin üzvü 2015-ci ildə "Benfika"dan “Valensiya”ya  keçmişdi.


Digər xəbərlər

Xəbər xətti