“Yuventus”da 2 müqavilə

11:05 30 İyun 2018

İtaliya çempionu “Yuventus” iki aparıcı futbolçusu ilə yeni müqavilə bağlayıb.

 

Sportarena.az xəbər verir ki, Turin klubu Andrea Bardzalyi və Corco Kyellini heyətdə saxlamağa qərar verib. Klubun rəsmi saytının yaydığı məlumata görə, 37 yaşlı Bardzalyi ilə 2019-cu, 33 yaşlı Kyellini ilə 2020-ci ilə qədər yeni müqavilə imzalanıb.

 

Qeyd edək ki, Kyellini 2005-ci, Bardzalyi isə 2011-ci ildən “Yuventus”un şərəfini qoruyur.


Xəbər xətti