Ronaldo İtaliya yolunda

Sportarena.az      1 İyul 2018, 17:13

"Real"ın və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo karyerasını "Yuventus"da davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, bu transfer onun agenti Jorje Mendeşin 11 illik düşmənçilikdən sonra "Yuve" rəhbərliyi ilə barışması sayəsində mümkün ola bilər. Bu barədə "Tuttosport" və "As" nəşrləri məlumat yayıb. Mendeş bu həftə müdafiəçi Joao Kanselunun "Valensiya"dan "qoca senyora"ya keçidini təşkil edib.

 

İtaliya klubunun əsas transfer hədəfi isə "Latsio"nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviçdi. Roma klubu onun keçidinə görə 120 milyon avro tələb edir. "Yuventus" serbiyalı futbolçunun transferindən imtina edə və həmin pulları Ronaldonun keçidinə sərf edə bilər.

 

"Real" artıq Ronaldonun buraxılış qiymətini 1 milyard avrodan 120 milyon. avroya endirmək qərarına gəlib. Bu isə İtaliya çempionunun işini asanlaşdırır.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin