DÇ-2018-in 1/8 final mərhələsinin Rusiya ilə oyunu İspaniya millisinin kapitanı Serxio Ramos üçün əlamətdar olub.
Sportarena.az xəbər verir ki, təcrübəli müdafiəçi yığmanın heyətində mundialda ən çox görüş (17) keçirən İker Kasilyasın rekordunu təkrarlayıb. Hazırda bu iki futbolçu zirvəni bölüşdürürlər.