"İnter" hollandiyalı müdafiəçini transfer etdi

11:23 3 İyul 2018

"İnter" heyətinə yeni futbolçu cəlb edib.

 

Sportarena.az xəbər verir ki, Milan təmsilçisi "Latsio" ilə müqaviləsi başa çatan Stefan De Vriyi transfer edib. 26 yaşlı  müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, De Vriy 2014-cü ildən "Latsio"da oynayır. O, Hollandiya millisi ilə də 36 matçda meydana çıxıb.


Xəbər xətti