Zaur Axundov iclas keçirdi, vitse-prezident istefa verdi

Sportarena.az      4 İyul 2018, 16:50

Bu gün Azərbaycan Futzal Federasiyasının (AFF) iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, federasiyanın prezidenti Zaur Axundovun rəhbərliyi ilə keçirilən iclasda son 10 il ərzində görülmüş işlərə, həm milli, həm də klub səviyyəsində qazanılmış uğurlara toxunulub.

 

Zaur Axundov AFFA rəhbərliyinin bu sahənin inkişafı üçün federasiyaya böyük dəstək verdiyini qeyd edib, milli komandanın 2020-ci ildə keçiriləcək dünya çempionatı ilə bağlı hədəfini açıqlayıb. Qeyd edilib ki, dünya çempionatına ilk dəfə 2016-cı ildə vəsiqə qazanan millimizin növbəti mundialın iştirakçısı olması üçün də lazımi şərait yaradılacaq. Strategiyanın saxlanılması şərtilə gənc futzalçıların milliyə dəvət edilməsi üçün də işlərin görüləcəyi vurğulanıb.

 

Başa çatmış futzal mövsümü haqda müzakirələr aparılıb, eyni zamanda liqalarda yeni mövsümün təşkili və görüləcək işlər barədə tapşırıq verilib.

 

Federasiyanın strukturunda da dəyişikliklər edilib. Vitse-prezident Rəşad Həsənov tutduğu vəzifədən və İcraiyyə Komitəsinin üzvlüyündən azad olunması barədə müraciət edib. Zaur Hacı-Məhərrəmov yarışların təşkili və keçirilməsi üzrə koordinator, Fərrux Hüseynzadə isə mütəxəssis vəzifəsinə təyin olunub. Mövsümün startı ərəfəsində isə federasiyanın İcraiyyə Komitəsinə seçkilər keçiriləcək. Ağarza Rzayev, Turqay Fərzəliyev və Mahmud Sadıqov İcraiyyə Komitəsinin üzvlüyünə, Rəmiş Malıyev isə vitse-prezident vəzifəsinə namizəddir.

 

Axundov tez bir zamanda yeni mövsümün əsasnaməsinin hazırlanması, iştirakçı komandaların sayının dəqiqləşdirilməsi, federasiyanın rəsmi saytının yaradılması və istifadəyə verilməsi ilə bağlı tapşırıq verib.

 

Onu da qeyd edək ki, futzal federasiyası əməkdaşların iş şəraitinin yaxşılaşdırılması, gündəlik iş prosesində istifadə məqsədilə Bakı İdman Sarayının rəhbərliyinə müvafiq otaqların ayrılması üçün müraciət edib. Müraciət müsbət cavablandırılıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin