“Sumqayıt” 5 yoxlama oyunu keçirəcək

13:46 6 İyul 2018

“Sumqayıt”ın əsas komandası kimi, əvəzedici heyəti də yeni mövsüm üçün hazırlığı davam etdirir.

 

Sportarena.az xəbər verir ki, 2 gün trenajor zalında fiziki hazırlıq üzərində çalışan Elbrus Məmmədovun yetirmələri artıq Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda toplu çalışmalara start verib.

 

Qeyd edək ki, gündə 2 dəfə olmaqla məşq edən əvəzedicilər hazırlıq mərhələsi çərçivəsində 5 yoxlama görüşü keçirməyi planlaşdırır.


Xəbər xətti