Ramil Şeydayev Bundesliqa klubuna keçməyəcək

15:23 7 İyul 2018

Millimizin hücumçusu Ramil Şeydayevin “Mattersburq”a keçidi gerçəkləşməyib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilir ki, “Trabzonspor”un yolları ayırmağa hazırlaşdığı 22 yaşlı hücumçunun Avstriya klubu ilə danışıqları müsbət nəticələnməyib. Buna görə də onun müqavilə ilə məxsus olduğu “Trabzonspor”un Sloveniyadakı toplanışına qatılacağı vurğulanıb.

 

Qeyd edək ki, R.Şeydayev ötən mövsüm icarə əsasında "Qarabağ"da oynayıb.


Digər xəbərlər

Xəbər xətti