"Trabzonspor" rəsmisi: "Ramil baş məşqçinin tələbi ilə buradadı"

12:51 8 İyul 2018

“Trabzonspor” prezidentinin məsləhətçisi Özkan Sümer millimizin hücumusu Ramil Şeydayevin gələcəyi ilə bağlı açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, o, 22 yaşlı hücumçunun klubdakı taleyinin baş məşqçidən asılı olduğunu deyib:

 

"Baş məşqçi razı qalsa, o qalacaq. Çünki maaşı yüksək deyil. Onsuz da, Ramil baş məşqçinin tələbi ilə buradadı. Hazırda klubun düşərgəsindədi. Toplanış bitdikdən sonra onun komandada qalıb-qalmayacağına qərar veriləcək”.

 

Qeyd edək ki, müqavilə ilə "Trabzonspor"a məxsus olan Şeydayevin Avsriyanın "Mattersburq" klubu ilə danışıqları müsbət nəticələnməyib.


Xəbər xətti