Ramil Şeydayev "Trabzonspor"da məşqə çıxdı

Sportarena.az      9 İyul 2018, 10:46

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Türkiyənin “Trabzonspor” klubunun düşərgəsində məşqlərə başlayıb.

 

Sportarena.az xəbər verir ki, Avstriyanın “Mattersburq” klubuna keçidi baş tutmayan futbolçu Trabzon təmsilçisinin Sloveniyada baş tutan məşqlərində iştirak edir.

 

Son mövsümü icarə əsasında “Qarabağ”da keçirən oyunçu ötən gündən etibarən komanda ilə birgə çalışmalara start verib. Şeydayev baş məşqçi Ünal Karamanın istəyi ilə düşərgəyə cəlb edilsə də, onun klubda qalıb-qalmayacağı bəlli deyil. 22 yaşlı hücumçu ilə bağlı yekun qərar Sloveniya toplanışından sonra veriləcək.

 

Qeyd edək ki, “Zenit”dən transfer olunan hücumçunun “Trabzonspor”la müqaviləsi 2020-ci ildə başa çatır. Şeydayevin illik qazancı 400 min avro təşkil edir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin