Bobo Türkiyəyə qayıtdı

15:16 9 İyul 2018

Vaxtilə “Beşiktaş” və “Kayserispor” klublarının şərəfini qorumuş Bobo yenidən Türkiyə Super Liqasına qayıdıb.

 

Sportarena.az xəbər verir ki, tam adı Deyvson Rocerio da Silva olan braziliyalı futbolçu “Alanyaspor”la anlaşıb. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Bobo yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.

 

33 yaşlı futbolçu Türkiyədən ayrıldıqdan sonra Braziliyanın “Qremio” klubunda oynamağa başlamışdı. Onun son iş yeri isə Avstraliyanın “Sidney” komandası olub.

 

Xatırladaq ki, Bobo “Beşiktaş”da 2006-2011-ci, “Kayserispor”da isə 2012-2015-ci illər aralığında oynayıb.


Xəbər xətti