"Olimpiya"nın Bakıya gələcəyi tarix müəyyənləşdi

15:54 9 İyul 2018

“Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Olimpiya”nın cavab matçı üçün Bakıya səfər proqramı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Sloveniya təmsilçisi oyundan 1 gün əvvəl – iyulun 17-də paytaxtımıza təşrif buyuracaq.

 

Komanda Lyüblyanadan Bakıya çarter reysi ilə gələcək. “Olimpiya”nı gətirən təyyarənin Bakı vaxtı ilə saat 18:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edəcəyi gözlənilir. Komandanın məşqi isə 22:00-a nəzərdə tutulub.


Qeyd edək ki, “Qarabağ” – “Olimpiya” matçı iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və 21:00-da başalayacaq. Komandalar arasında ilk oyun isə 2 gün sonra Lyüblyanada olacaq.


Digər xəbərlər

Xəbər xətti